Azərbaycan Respublikası Nazirlər Kabineti Maliyyə Nazirliyinin kollegiyasının tərkibi ilə bağlı qərarında dəyişiklik edib.
Referans Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 15 nəfərdən ibarət müəyyən edilib və aşağıdakı tərkibdə təsdiqlənib:
Kollegiyanın sədri:
– Azərbaycan Respublikasının maliyyə naziri
Kollegiyanın üzvləri:
– Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
– Azərbaycan Respublikası maliyyə nazirinin müavinləri
– Naxçıvan Muxtar Respublikasının maliyyə naziri
– Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbəri
– Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri
– Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi
– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru
– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru.























