image-mahire-huseynovabackend

Mahirə Hüseynovaya böyük etimad – İdarə Heyətinə üzv seçildi

Mahirə xanım Hüseynovanın Ağsaqqallar Şurasının İdarə Heyətinə üzv seçilməsi olduqca sevindirici və qürurverici bir hadisədir.

O, illərdir qazandığı zəngin təcrübəsi, yüksək savadı, dərin elmi bilikləri və fəal ictimai mövqeyi ilə cəmiyyətimizdə böyük hörmət və nüfuz qazanmış ziyalılardandır. Mahirə xanım hər zaman prinsipiallığı, obyektiv yanaşması və insanlara olan səmimi münasibəti ilə seçilmiş, gördüyü işlərlə etimadı doğrultmuşdur.

Onun fəaliyyəti təkcə elmi sahə ilə məhdudlaşmır, eyni zamanda ictimai həyatın müxtəlif istiqamətlərində də mühüm rol oynayır. Maarifçilik missiyası, milli dəyərlərə bağlılığı və gənc nəslin inkişafına verdiyi töhfələr xüsusi qeyd olunmalıdır. Məhz bu keyfiyyətlər onu bu cür məsuliyyətli və şərəfli vəzifəyə tam layiq edir.

Mahirə xanıma bu şərəfli və məsuliyyətli fəaliyyətində uğurlar arzulayır, onun bundan sonra da cəmiyyətimizə dəyərli töhfələr verəcəyinə ürəkdən inanırıq.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki