image-baku-flame-towers-800x450-1backend

Bakının gizli “sakinləri”: gecə ortaya çıxırlar

Ötən gün Bulvarda gözlənilməz hadisə qeydə alınıb. Belə ki, ərazidə tülkü görünüb və bu anlar ətrafdakı insanlar tərəfindən maraqla qarşılanıb. Bundan əvvəl Ağ Şəhər ərazisində də tülkü görünmüşdü, həmçinin “Meşə parkı” adlanan yerdə də vətəndaşlar hər gün bir neçə tülkü ilə qarşılaşdıqlarını deyirlər. Digər tərəfdən, bildirilir ki, tülkülər quduzluq xəstəliyinin yayılmasına səbəb ola bilərlər.

Ümumiyyətlə, şəhərdə tülkülər niyə görünür? Hansı təhlükələr vəd edir?

Referans Media xəbər verir ki ,globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov deyib ki, Abşeron ərazisində geniş yayılan yırtıcı növlərdən biri tülküdür:

“Bu növ son dövrlərdə antropogen təsirlərin artması ilə əlaqədar insan yaşayış məkanlarına daha çox yaxınlaşıb. Bunun əsas səbəbi onların təbii areallarının demək olar ki, sıradan çıxması və antropogen biotoplarla əvəz olunmasıdır. Nəticədə tülkülərin yaşayış mühitində yerli heyvanların sayı xeyli azalıb, bəzi ərazilərdə isə demək olar qalmayıb. Mövcud şəraitdə tülkülər sığınacaq kimi yaşayış məntəqələrinə yaxın əraziləri seçirlər. Onlara bağlarda, həyətlərdə, hasarlanmış geniş sahələrdə, park və məktəb ərazilərində, həmçinin insan hərəkətinin az olduğu şəhər hissələrində rast gəlinə bilər. Bəzi hallarda hətta şəhərin mərkəzinə də daxil ola bilirlər”.

Təvəkkül İsgəndərov

T.İsgəndərov bildirib ki, tülkülər əsasən gizli həyat tərzi sürür, gündüzlər nadir hallarda görünürlər:

“Onlar daha çox gecə saatlarında, ətraf mühit sakit olduqda aktivləşir, qida axtarışı məqsədilə zibilliklərdə və digər uyğun yerlərdə hərəkət edirlər. Lakin sığınacaqlarının pozulduğu hallarda gündüz vaxtı da üzə çıxa və insanlarla qarşılaşa bilirlər. Şəhər mühitində tülkülərlə rastlaşmanın əsas səbəbi onların mövcud şəraitə uyğunlaşaraq sinantroplaşması, yəni insanla bağlı ərazilərə bağlılığının artmasıdır. Bu prosesin əsasını isə təbii yaşayış mühitinin pozulması və antropogen mühitlə əvəz olunması təşkil edir. Nəticədə tülkülər artıq insanla eyni mühitdə yaşamağa uyğunlaşıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki