Erməni güləşçilər Bakıya gəliblər

Ermənistanın 17 yaşadək yunan-Roma güləşi üzrə milli komandası dünya çempionatında iştirak etmək üçün Bakıya gəlib. 

Referans Media  xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.

Dünya çempionatı iyulun 27-dən avqustun 2-dək keçiriləcək. Ermənistan yığması sərbəst güləş üzrə 6, yunan-Roma güləşi üzrə isə 10 idmançı ilə təmsil olunacaq./KONKRET.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki