Şok plan üzə çıxdı - İrana DƏHŞƏTLİ HÜCUM olacaq - Əsas HƏDƏF ODUR

ABŞ-ın İranın zənginləşdirilmiş uran ehtiyatlarını nəzarətə götürmək məqsədilə genişmiqyaslı hərbi əməliyyat planı hazırladığı iddia olunub.

Referans Media  xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumatlara görə, plan İranın nüvə obyektlərinə yönəlmiş mümkün əməliyyatı əhatə edir. Bununla bağlı Vaşinqtondan hələlik rəsmi təsdiq verilməyib.

ABŞ və İran arasında aparılan danışıqlarda Tehranın uranın zənginləşdirilməsi proqramı əsas müzakirə mövzularından biri olaraq qalır. Son dövrlərdə zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması ilə bağlı müxtəlif iddialar da beynəlxalq gündəmdə yer alıb.

Minlərlə hərbçinin iştirak edə biləcəyi bildirilir

Məlumata görə, plan reallaşacağı təqdirdə minlərlə quru qoşunu hərbçisinin İranın nüvə obyektlərinə daxil olması və həmin ərazilərin ətrafında geniş təhlükəsizlik zonasının yaradılması nəzərdə tutulur.

İddialarda qeyd edilir ki, hərbçilərin obyektlərdə mümkün mina və digər təhlükələrə qarşı tədbirlər görməsi, eyni zamanda strateji məntəqələrdə müdafiə mövqeləri qurması planlaşdırılır. Bütün bunlar yalnız mediada yayılan məlumatlara əsaslanır və rəsmi şəkildə təsdiqlənməyib.

Əsas hədəfin Fordo olduğu irəli sürülür

Xəbərlərə görə, mümkün əməliyyatın prioritet hədəflərindən biri İranın əsas nüvə obyektlərindən sayılan Fordo kompleksi ola bilər. Daha əvvəl zərər gördüyü bildirilən bu obyektin mümkün hərbi planın mərkəzində yer aldığı iddia edilir.

Bəzi ABŞ media orqanları planı "hərb tarixinin ən mürəkkəb əməliyyatlarından biri" kimi qiymətləndirsələr də, ABŞ administrasiyası bu məlumatlarla bağlı rəsmi açıqlama verməyib. Buna görə də yayılan məlumatlar hələlik təsdiqlənməmiş iddialar kimi qiymətləndirilir./NOCOMMENT.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki