Ermənistanda hərbi qulluqçunun ölümü ilə bağlı rəsmi məlumat yayılıb.
Referans Media xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin açıqlamasına görə, 12 dekabr saat 16:00 radələrində hərbi qulluqçu Smbat Kirakosyanın cəsədi aşkar edilib. İlkin məlumatlara əsasən, onun bədənində odlu silahdan açılmış atəş nəticəsində yaranmış yara qeydə alınıb.
Hadisənin bütün hallarının tam və obyektiv şəkildə araşdırılması məqsədilə istintaqa başlanılıb. Müdafiə Nazirliyi hadisənin detalları ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağını bildirib.




















