image-1776959056_17769582421529541545_1200x630-9backend

Faktiki hava: bu rayonlarda şimşək çaxır, yağış yağır

Aprelin 27-si saat 18:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Referans Media-ya verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir.

Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki