image-minalibackend

Füzulidə mina martladı – Ölən var

Füzulidə mülkü şəxs minaya düşərək həlak olub.

Referans Media xəbər verir ki, hadisə Füzuli rayon Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla mal otararkən texnika əleyhinə minaya düşüb. Nəticədə R. Hacıyev hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma başlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki