Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən baş verən partlayış zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Referans Media xəbər verir ki, bu barədə “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, bu gün saat 17:00 radələrində baş verən partlayış zamanı iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, bir nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.
