backend

General Müdafiə Nazirliyində yüksək vəzifəyə- Təyin olundu

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.

Referans Media xəbər verir ki,  bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.

Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.

Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki