backend

Güllünün ölümündə şübhəli bilinən qızı saxlanıldı

“Güllü” adı ilə tanınan məşhur müğənni Gül Tutun qızı Tuğyan Gülter və onun dostu Sultan Nur Ulu, ölkədən qaçmağa hazırlaşdıqları vaxt Böyükçəkməcədə polis tərəfindən saxlanılıb.

Referans Media  xəbər verir ki, Yalova Cumhuriyyət Baş Prokurorluğu tərəfindən müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilən texniki və fiziki müşahidələrdən sonra barələrində həbs qərarı verilən Tuğyan Gülter və onun dostu Sultan Nur Ulu ölkədən qaçmağa hazırlaşdıqları zaman İstanbul Polis İdarəsi və Yalova Polis İdarəsinin birgə əməliyyatı nəticəsində saxlanılıblar.

Bundan başqa, Prokurorluq Güllünün ölümü ilə bağlı ciddi qətl şübhəsinin olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki