Yaponiyada yaşayan bir qorillanın maraqlı davranışı sosial şəbəkələrdə geniş yayılıb.
Naqoya şəhərindəki Higashiyama Zooparkı və Botanika Bağında yaşayan 13 yaşlı Kiyomasa adlı qorilla həyat yoldaşı ilə qısa mübahisədən sonra diqqətçəkən görüntülərlə gündəmə gəlib.
Təxminən bir dəqiqəlik videoda Kiyomasa tək oturaraq sağ qolunu bədəninin önündə saxlayır, sol əlini isə çənəsinə dayayıb uzaqlara dalğın şəkildə baxır.
Görüntülərin mübahisədən dərhal sonra çəkildiyi bildirilir. Bu səbəbdən videodakı davranışlar izləyicilər tərəfindən maraqla qarşılanıb və qısa müddətdə milyonlarla baxış toplayıb./Musavat.com
