Məşhur model Kylie Cennerin “Victoria’s Secret”in 2026-cı il dəfiləsində geyindiyi, qiyməti 50 milyon dollar olaraq göstərilən büstqalterlə bağlı diqqətçəkən iddia ortaya atılıb. Türkiyəli bir iş adamının zinət əşyaları ilə bəzədilmiş bu dizaynı həyat yoldaşına hədiyyə etmək üçün aldığı irəli sürülür.
Referans Media xəbər verir ki, “Jacob & Co.” imzası daşıyan büstqalter 4 410 təbii brilyantla bəzədilib. Dizaynda, həmçinin 75,54 karatlıq sarı mərkəzi brilyantın yer aldığı bildirilir.
Mərkəzi daşın dəyərinin 22 milyon dollar olduğu qeyd olunur. Dizaynın ümumi qiyməti isə xarici mediada 50 milyon dollar göstərilib.
Bununla belə, türkiyəli iş adamının büstqalteri aldığı barədə iddia və satış məlumatı marka tərəfindən təsdiqlənməyib. Buna görə də məlumat hələlik təsdiqlənməmiş iddia olaraq qalır.
