III Şuşa Qlobal Media Forumu keçirilir, İlham Əliyev tədbirdə iştirak edir – FOTO backend

III Şuşa Qlobal Media Forumu keçirilir, İlham Əliyev tədbirdə iştirak edir – FOTO 

Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü başlayıb.

Dövlət başçısının görüşü canlı yayımlanır.

Qeyd edək ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.

***

Bu gün “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır.

İyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək.

Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki