Xalq şairi Vahid Əzizin doğum günüdür – Ən çox sevilən mahnılar yaddaşlarda yaşayır.
Bu gün Azərbaycanın Xalq şairi, sevilən söz ustadı Vahid Əzizin doğum günüdür. O,80 illik yubileyini qeyd edir.Çağdaş poeziyanın tanınmış nümayəndəsi olan şair həm də dillər əzbəri olan mahnıların müəllifi kimi xüsusi rəğbət qazanıb. Onun sözlərinə bəstələnən mahnılar illərdir həm xalqın yaddaşından, həm də musiqi dünyasının gündəmindən düşmür.
Vahid Əzizin sözlərinə bəstələnmiş ən məşhur mahnılar sırasında: “Qəribə dünya”, “Səni deyirlər”, “Gəl barışaq”,“Ağlama, Qəlbim”, “Məni sən unutmusan”, “Səndən başqa”, “Mən səni axtararam”, “Səni necə unudum” vardır.
Qeyd edək ki, Vahid Əziz uzun illərdir Azərbaycan poeziyasının inkişafına mühüm töhfələr verib. Onun yaradıcılığı məhəbbət, həsrət, sevgi və həyat fəlsəfəsi ilə zəngin olub, layiqli şəkildə Xalq şairi adına yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Vahid Əzizin (Vahid Əziz oğlu Cəfərov) Azərbaycan ədəbiyyatının inkişafında uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunması barədə Sərəncam imzalayıb. Sərəncam 22 noyabr 2025-ci il tarixində rəsmiləşdirilib.






















