image-whatsapp_image_2026-02-26_at_22-55-11backend

İrandan Azərbaycan sərhədi ilə xarici vətəndaşların təxliyəsi davam edir – YENİLƏNİB

Axşam saatlarında da Astara SGK məntəqəsindən Azərbaycan vətəndaşları ilə yanaşı xarici vətəndaşların təxliyəsi davam edir.

Referans Media xəbər verir ki, 21:00-dan bu saata kimi 11 Rusiya Federasiyası, 15 Çin, 2 Tacikistan və 7 Azərbaycan vətəndaşı Astara SGK məntəqəsindən keçidi təmin olunub.

Təxliyə prosesi davam edir.

***

Saat 19:00 olan məlumata əsasən, Astara sərhəd gömrük-keçid məntəqəsindən 100-dən çox əcnəbi təxliyə olunub.

Referans Media xəbər verir ki, təxliyə olunanlar arasında Rusiya Federasiyası, Çin və Pakistan vətəndaşları üstünlük təşkil edir.

70-dən yuxarı Rusiya vətəndaşı Azərbaycandan keçməklə ölkələrinə yola salınıb.

Təxliyə prosesi davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki