ICESCO Prezident İlham Əliyevə təşəkkür etdi

“Ölkələrin dəstəyi ilə icmaların və özəl sektorun imkanlarını genişləndirmək, milli prioritetlərə daha çox resurs ayırmaq mümkündür”.

Referans Media  xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salem bin Məhəmməd Əl-Malik VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda keçirilən “Tərəfdaşlıqdan birgə fəaliyyətə: süni intellekt dövründə mədəniyyətlərarası dialoq naminə qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda xüsusi birgə sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə iki prioritet müəyyənləşdirilməlidir: proqramların mövcud fəaliyyətlərlə uzlaşdırılması və müvafiq maliyyələşmənin təmin edilməsi.

Salem bin Məhəmməd Əl-Malik ICESCO-nun öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, Bakı Tövsiyəsi bu sahədə praktiki təcrübənin formalaşdırılmasına imkan yarada bilər.

ICESCO-nun Baş direktoru Bakı Prosesinə verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki