İşləmək üçün bu ölkələrə gedənlər DİQQƏTLİ OLSUN! Hind mafiyasının qurbanı ola bilərsinizbackend

İşləmək üçün bu ölkələrə gedənlər DİQQƏTLİ OLSUN! Hind mafiyasının qurbanı ola bilərsiniz

  Son illər xaricdə işləmək istəyənlərin ünvanı dəyişib. Bir vaxtlar “Xəyalların qitəsi” kimi tanınan Avropa artıq yerini sürətlə Körfəz ölkələrinə verir. İndiyə qədər inkişaf etməkdə olan ölkələrin, xüsusən də postsovet ölkələrinin insanları Avropaya viza almaq, oranın vətəndaşı olmaq üçün qanuni, qanunsuz hər yola əl atırdılar.

Nə dəyişdi? Cəhətlərin oxunun Qərbdən Şərqə sürüşməsinin, Körfəz ölkələrinə kütləvi işçi axının səbəbi nədir?

Mütəxəsislərin gəldiyi qənaətə görə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdə Avropadakı kimi maaşdan yüksək vergi tutulmur. Bu da “çox qazanım, az ödəyim” kimi klassik şərq və cənub təfəkkürü üçün yağlı tikədir. Bundan başqa dil rahatlığı da var.

Məsələn, Almaniyada yaxşı iş tapıb rifahını təmin etmək istəyirsənsə, mütləq alman dilini normal səviyyədə bilməlisən. Digər inkişaf etmiş ölkələr də öz dillərinə üstünlük verirlər.

Amma Körfəz ölkələrində isə iş dili ingiliscədir, üstəlik pozuq ingiliscə: heç kim fəhlədən C1 səviyyəsində akademik ingilis dili bilgiləri tələb etmir. Tikinti, neft-qaz, IT, təhsil, səhiyyə, turizm və xidmət sektorunda çalışmaq istəyənlər istiqamətini rahatlıqla təyin edə bilərlər.

Bundan başqa, mentalitet, adət-ənənə yaxınlığı, dini faktor da əhəmiyyət kəsb edir. Müsəlman ölkələrindən gedənlər üçün halal qida, dini ibadət imkanları ilə rahat təmin olunurlar.

Amma Körfəz ölkələrində işləmək heç də həmişə rahatlıq, firavanlıq gətirmir. Bunun mənfi, hətta təhlükəli tərəfləri də var. Hər nə qədər inkişaf etmiş, zəngin ərəb ölkələri olsalar da əksər hallarda fırıldaqçılıq hallarına rast gəlinir. Xüsusilə müqavilə bağlayarkən diqqətli olmaq, işə başlamazdan əvvəl şirkətin etibarlılığını mütləq yoxlamaq lazımdır.

İqlim, yüksək temperatur, həddən artıq ədvalı mətbəxi də cüzi xatırladaq, amma hər halda qurddan qorxan meşəyə girməz deyə düşünsək, ora gedənlər bunlara hazırlıqlı olmalıdır qənaətinə gələrik. Lakin iddialara görə bu ölkələrdə qurddan daha qorxulu olanlar var ki, bunu mütləq nəzərə almaq lazımdır:

Körfəz ölkələri ilə əməmkdaşlıq edən, işçi düzəldən mütəxəsislər deyir ki, bu ölkələrdə Hindistan, Pakistan, Nepal, Banqladeş kimi ölkələrdən çoxsaylı işləyənlər var: ucuz və müti işçi qüvvələri olduqları üçün demək olar ki, bütün sahələri “bürüyüblər”. Üstəlik iş yerlərinin, CV bazalarının əksəriyyətinin də hindlilərin əlində olduğu bildirirlir. Onlar da əsasən öz ölkələrindən olanlara üstünlük verir, nəticədə, özlərinə aid qruplaşmalar yaradırlar. Bu da “özlərin”dən olmayanların adı çəkilən ölkələrdə daha diqqətli olması deməkdir. (Bizim.media) 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki