İsmayıllıda bir yaşlı körpə faciəvi şəkildə öldü

  İsmayıllı rayonunda bir yaşlı körpə su quyusuna düşərək ölüb.

Referans.az  “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Diyallı kəndində qeydə alınıb.

 2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan qızı həyətyanı sahədə olan su quyusuna düşərək həyatını itirib. Körpənin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki