13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) kadr islahatı aparılıb.


Referans Media xəbər verir ki, Afaq Babayeva rəisinin müavini postundan ayrılıb.

O, 2026-cı ilin iyun-avqust aylarında SOCAR-ın Korporativ Maliyyə Departamentində şöbə rəisinin müavini vəzifəsində çalışıb.


Afaq Babayeva bundan əvvəl SOCAR-ın Korporativ Maliyyə Departamentində və Korporativ İdarəetmə Departamentində baş iqtisadçı, eləcə də şirkətdə əsas məlumatların idarə edilməsi üzrə mütəxəssis vəzifələrində işləyib.


O, SOCAR-da ümumilikdə 13 ildən artıq fəaliyyət göstərib. Bundan əvvəl isə BMT-nin İnkişaf Proqramında (UNDP) maliyyə köməkçisi və layihə köməkçisi vəzifələrində çalışıb./Yurd.Media/

Afaq Babayeva

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki