Keremcemdən yeni layihə sürprizi: Serialda kimin rəqibi olacaq?

Türkiyəli aktyor və müğənni Keremcemin yeni layihəsi bəlli olub. O, TRT 1-də yayımlanan “Evlilik Güzeldir” serialının aktyor heyətinə qoşulacaq.

Referans Media xəbər verir ki, sənətçi ekran işində Demir Koral obrazını canlandıracaq. Türkiyə mətbuatının məlumatına görə, Keremcem serialın 12-ci bölümündən etibarən tamaşaçıların qarşısına çıxacaq.

Onun canlandıracağı Demir Koral obrazı Yusuf Çimin canlandırdığı Can personajına rəqib olacaq. Personajın Nilsude Albayrakın canlandırdığı Aslı ilə yaxınlaşması da serialda yeni hadisələrə yol açacaq./Publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki