Kürdəmirdə iki elti arasında düşən dava azyaşlının yaralanması ilə nəticələnib.
Referans Media Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri olan eltilər arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.
Mübahisə zamanı qadınlardan biri bıçağa əl atıb. Bu vaxt bıçaq yaxınlıqda olan 2019-cu il təvəllüdlü Nuray Mehman qızı Cəbrayılovanın çənə nahiyəsinə dəyib.
Bıçaq xəsarəti alan azyaşlı dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
