Lebronun yeni klubu bəlli oldu

Ulduz basketbolçu Lebron Ceymsin yeni klubu “Filadelfiya” olub.

Referans Media xəbər verir ki, bu barədə məlumatı insayder Şems Çaraniya verib.

Tərəflər iki illik, 8 milyon dollarlıq müqavilə imzalayıblar. Lebron 2027-28 mövsümündən əvvəl azad agentliyə keçmək üçün oyunçu seçimindən istifadə edə bilər.

“76ers” “Kral”ın karyerasında dördüncü komandadır. O, “Klivlend” (2003–2010, 2014–2018), “Mayami” (2010–2014) və “Leykers”də (2018–2026) oynayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki