Sumqayıtda dənizdə batan şəxsin kimliyi məlum olub

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Referans Media xəbər verir ki, FHN-dən Bizim.Media-ya verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Sumqayıtda dənizdə 3 nəfərin batması haqqında məlumat yayılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki