Məşhur rejissor vəfat etdi

Məşhur “Maska” və “Qarağac küçəsində kabus 3: Yuxu döyüşçüləri” filmlərinin rejissoru kimi tanınan amerikalı kinorejissor və prodüser Çak Rassel 75 yaşında vəfat edib.

Referans Media xəbər verir ki, Rassel Kaliforniyanın San-Dieqo şəhərindəki evində dünyasını dəyişib.

O, karyerası ərzində bir sıra məşhur Hollivud filmlərinə quruluş verib. 1994-cü ildə Cim Kerri ilə çəkdiyi “Maska” komediyası, 1987-ci ildə ekranlaşdırdığı “Qarağac küçəsində kabus 3: Yuxu döyüşçüləri” qorxu filmi böyük populyarlıq qazanıb.

1996-cı ildə Arnold Şvartseneggerin baş rolda oynadığı “Silgi” (“Eraser”) döyüş filmini çəkən Rasselin bu əsəri dünya prokatında 240 milyon dollardan çox gəlir əldə edib.

2002-ci ildə isə Dueyn Consonun kino debütü sayılan “Əqrəb şahı” (“The Scorpion King”) filminə rejissorluq edib. Hər iki film ekranlara çıxdıqdan sonra kommersiya uğuru qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki