Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib.
Referans Media xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur.
İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb.
“Konsern İnterturan”ın vitse-prezidenti Leyla Əhmədova sözügedən şirkətin rəhbəri olan atası Saday Əhmədovla əlbir olaraq Xətai rayonunda yerləşən üçmərtəbəli yaşayış binasının qanuni əsas və məhkəmə qərarı olmadan sökülməsini təşkil edib. Söküntü nəticəsində binada yaşayan 7 nəfər mülkiyyətçiyə 1 milyon manata yaxın ziyan dəyib.
Bundan başqa, L.Əhmədovanın torpaq sahəsinin satışını vəd etdiyi şəxsdən gələcək alqı-satqının avansı adı ilə 200 000 manat aldığı, əslində isə satmaq niyyətinin olmadığı və pulu şəxsi ehtiyaclarına xərclədiyi məlum olub.
