image-mekteb-kohnebackend

Məktəbdə direktor müavininin döyülməsi ilə bağlı AÇIQLAMA

Bakıda məktəb direktorunun müavinini döyən müəllimə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.

Referans Media  xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, 2025-ci il oktyabrın 28-də 180 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı ilə münaqişə yaradıb və ona xəsarət yetirib:

“Məsələ ilə əlaqədər hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir”.

Məlumata görə, məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və “Təhsilverənlərin etik davranış” Qaydalarını pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki