Mingəçevirdə 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Referans Media Teleqraf-a istinadla xəbər verir ki, hadisə az öncə Heydər Əliyev prospektinin Nizami küçəsi ilə kəsişmə mayihəsində 3 minik avtomobilinin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.
İlkin məlumata görə hadisə nəticəsində avtomobillər ciddi zərər görüb, əsas prospektdə nəqliyyatın normal hərəkətində qısa müddətli sıxıntı yaşanıb.
Faktla bağlı araşdırma aparılır.






















