image-muellimlerbackend

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ – 29 may saat 11:00-dək…

2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Bu barədə Referans-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Müsabiqə üzrə qeydiyyat 22 may saat 11:00-dan 29 may saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki