backend

Odessada Türkiyə gəmisinin vurulması ilə bağlı ANKARADAN REAKSİYA

Türkiyənin Xarici İşlər Nazirliyi dekabrın 12-də Ukraynanın Çernomorsk limanına edilən hücum nəticəsində xarici bayraq altında üzən və Türkiyə şirkətinə məxsus gəminin zədələnməsi ilə bağlı bəyanat yayıb.

Referans Media xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

“Regionumuzda davam edən müharibənin Qara dənizə də sirayət etməsi, dənizdə təhlükəsizlik və üzgüçülük azadlığı ilə bağlı daha əvvəl ifadə etdiyimiz narahatlıqların haqlı olduğunu bir daha təsdiqləyir”, – deyə bəyanatda bildirilir.

İlkin məlumata görə, gəmi heyəti və yük maşınlarının sürücüləri təxliyə olunublar. Yaralanan vətəndaş yoxdur. Türkiyənin Odessa konsulluğu vəziyyəti yaxından izləyir və vətəndaşlara zəruri dəstəyi göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki