Astrologiyada bəzi bürclərin öz sərhədlərini müəyyən etməkdə daha çox çətinlik çəkdiyi bildirilir. Mütəxəssislərin fikrincə, bu insanlar başqalarını incitməmək və münasibətləri qorumaq üçün çox zaman öz ehtiyaclarını geri plana atırlar. Bu isə zamanla emosional yorğunluq və daxili narazılıq yaradır.
Astroloqlara görə, öz sərhədlərini ən gec müəyyən edən bürclər sırasında Balıq bürcü yer alır. Qeyd olunur ki, Balıq bürcləri empatik olduqları üçün başqalarına “yox” deməkdə çətinlik çəkir və çox vaxt özlərini yoracaq qədər fədakarlıq edirlər.
Siyahıda yer alan Tərəzi bürcü isə münasibətlərdə balansı qorumağa çalışdığı üçün öz narahatlığını gizlətməyə meyilli olur. Astroloqlar bildirirlər ki, Tərəzilər çox zaman münaqişədən qaçmaq üçün problemləri içində yaşayır.
Mütəxəssislərin fikrincə, Xərçəng bürcü də yaxınlarına qarşı həddindən artıq qayğıkeş davrandığı üçün öz ehtiyaclarını arxa plana keçirə bilir. Bu isə emosional yüklənməyə səbəb olur.
Siyahıda adı çəkilən Qız bürcü isə məsuliyyət hissinin güclü olması səbəbindən bütün yükü öz üzərinə götürməyə çalışır. Astroloqlar qeyd edirlər ki, Qız bürcləri zamanla hər kəsin məsuliyyətini daşımağın mümkün olmadığını anlayırlar.
Ekspertlər vurğulayırlar ki, sərhəd qoymaq sevgisizlik deyil, insanın öz emosional və psixoloji sağlamlığını qoruması üçün vacib addımdır
