Putindən gözlənilən böyük hadisə – Bu gün olacaq

“9 may Rusiya Prezidenti Vladimir Putin üçün gərgin iş günü olacaq”.

Referans Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə deyib.

“Prezident üçün hər 9 May çətin iş günüdür.

O, naməlum əsgərlərin məzarına əklil qoyma mərasimində iştirak edəcək, 9 May şənlikləri üçün Moskvaya gələn qonaqların şərəfinə qəbul və ikitərəfli görüşlər marafonu keçirəcək. Putin həmçinin Qırmızı Meydanda çıxış edəcək”.

Prezidentin çıxışının böyük bir hadisə olub-olmayacağı ilə bağlı suala Peskov belə cavab verib:

“Bu, həmişə böyük bir hadisədir”.

Qeyd edək ki, Vladimir Putin daha əvvəl Rusiyanın 9 May şənliklərinə rəsmi olaraq heç kimi dəvət etmədiyini, sadəcə bütün qonaqları məmnuniyyətlə qarşılayacağını demişdi./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki