image-b9ob4_1768129183_1516backend

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Mütəxəssislər qaraciyər piylənməsi riskini azaltmağın təbii yolunu tapıblar.

Referans Media “Haber 7″yə istinadən xəbər verir ki, zoğal suyu müntəzəm və balanslı şəkildə qəbul edildikdə, qaraciyərdə yığılan toksinləri aradan qaldırmağa kömək edir.

Zoğal suyunun tərkibindəki təbii turşular və antioksidantlar qaraciyər hüceyrələrindəki yağ yığılmalarını azaltmağa kömək edə biləcək mexanizmləri dəstəkləyə bilər. Xüsusilə, tərkibindəki polifenollar, flavonoidlər və C vitamini sayəsində bədənə antioksidant təsir göstərir.

Bu komponentlər sərbəst radikallarla mübarizə apararaq hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir.

Mütəxəssislər balanslı şəkildə zoğal suyu istehlakını tövsiyə edir.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki