Qaxda bıçaqlanma - Xəsarət alan var

Qaxda bıçaqlanma hadisəsi baş verib.

Referans Media xəbər verir ki, 36 yaşlı Əmrah Yaqubov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 40 yaşlı Elnur Qadaşova kəsici alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki