Qazaxda qəza – 3 nəfər ağır yaralandı 

  Qazax rayonunun Xanlıqlar kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Referans-ın məlumatına görə, hərəkətdə olan “VAZ 2107” və “Opel” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1992-ci il təvəllüdlü N.Bayramov, 1989-cu il təvəllüdlü V.Salehov və 1992-ci il təvəllüdlü N.Rəşad xəsarət alıb.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki