Region “ƏL DƏYİŞDİRİR”: Azərbaycan, ABŞ, Ermənistan üçlüsü – Bəs Rusiya NƏ EDƏCƏK?backend

Region “ƏL DƏYİŞDİRİR”: Azərbaycan, ABŞ, Ermənistan üçlüsü – Bəs Rusiya NƏ EDƏCƏK?

Vaşinqtonda
Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra Rusiya
XİN tərəfindən verilən rəsmi açıqlama maraqla qarşılanıb. Açıqlamada bildirilib
ki, Azərbaycan və Ermənistan sülhü qonşu dövlətlərin prioritetlərinə əsaslanmalıdır.

 

Qonşu
dövlətlərin prioritetləri dedikdə Rusiya nəyi nəzərdə tutur? Rusiyanın rəsmi
formada bu açıqlamanı verməkdə məqsədi nədir?

 

Politoloq
Məhəmməd Əsədullazadə Referans
-a açıqlamasında bu sualları cavablandırıb.

 

“Rusiya
Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sənədinin paraflanmasına, Zəngəzur
dəhlizinin açılmasına qarşıdır və bunu alqışlamadı. Çünki digər dövlətlərdən fərqli
olaraq Rusiya sülhün əldə olunmasını istəmir. Bu açıqlamada da “bəzi qonşu dövlətlər”
dedikdə, Rusiya elə özünü nəzərdə tutur. Guya sülh müqaviləsi, birgə bəyannamə,
Zəngəzur dəhlizinin açılması Rusiyanın geosiyasi maraqlarına ziddir”.

 

Politoloq
qeyd edib ki, Rusiyanın 5 il müddətində regionda sülh əldə etmək, Zəngəzur dəhlizinə
nəzarət etmək üçün yetərincə fürsəti oldu. Lakin Rusiya bu 5 ildən başqa məqsədlər
üçün istifadə etdi.

 

“Rusiya
5 il ərzində region ölkələrini vassal etmək, onları öz orbitinə qatmaq siyasəti
güdürdü. Nəticədə də Rusiya bu proseslərdən “çıx-daş edildi”. İndi də Rusiya
boş bəyanatları ilə region təhlükəsizliyini təhdid edir. Məhz belə yanaşmasına
görə Rusiya tərəfi bu gün Cənuni Qafqazda öz geosiyasi mövqeyini kifayət qədər
zədələyib. Rusiyanı idarə edənlər geosiyasi reallıqları qəbul etmək istəmirlər.
“Hər şey Rusiyanındır” şüarı ilə siyasət yürüdülür. Bu da region dövlətlərinin
Rusiyadan uzaqlaşmasına gətirib çıxarır”.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki