Dünən (dekabrın 10-u) axşam saatlarında Sankt-Peterburqda yerləşən Pravobereznı bazarında güclü yanğın baş verib.
Referans Media “bakupost”a istinadən xəbər verir ki, hadisə nəticəsində bazarın 1 500 kvadrat metrdən çox sahə tatamilə yanıb. Bazardan təxminən 100 nəfər təxliyə edilib. Yanğında azı bir nəfər həlak olub, iki nəfər yaralanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb. Ekspertlərin ilkin qiymətləndirməsinə görə, bazarın ümumi ziyanı 100-120 milyon rubl (2.2-2.6 milyon manat) civarındadır.
Qeyd edək ki, Pravobereznı bazarında əsasən yerli və qonşu öllkələrdən, o cümlədən Azərbaycandan idxal edilmiş tərəvəz, meyvə, qoz-fındıq və digər kənd təsərrüfatı məhsulları, həmçinin balıq satılırdı. Bazarda həmçinin bir sıra Azərbaycanlı sahibkarlar fəaliyyət göstərir. Bəzi dükan və satıcı yerlərində isə Azərbaycan vətəndaşları çalışır.
Yanğın həm bu məhsulların ticarətinə, həm də bazarda çalışan Azərbaycanlı sahibkarlar və işçilərin fəaliyyətinə ciddi zərər vurub.




















