SAMİRƏ ƏFƏNDİNİN ERMƏNİ TƏƏSSÜBÜ

Qazaxıstanda “Silk Way Star” beynəlxalq vokal müsabiqəsinin finalı rekord sayda tamaşaçı topladı. Bütün dünyada tamaşaçılar üçün açıq olan onlayn səsvermə yarım milyondan çox iştirakçını cəlb etdi. Bu başlanğıc üçün görünməmiş bir rəqəm idi. Müsabiqə ifaçılarına 43 ölkədən səs verilib. Ən çox səs Qazaxıstan, Çin, Monqolustan, ABŞ, Rusiya, Türkiyə, Almaniyadan gəlib. Bu da “Silk Way Star”-ın həqiqətən beynəlxalq musiqi hadisəsinə çevrildiyini təsdiq edir.

Final mərhələsi Qazaxıstanla yanaşı, Azərbaycan, Tacikistan, Qırğızıstan və Monqolustanın televiziya kanallarında da canlı yayımlanıb. Televiziya və rəqəmsal platformalarda musiqi yarışmasını auditoriya 120 milyon insanı izləyib.

“Silk Way Star” beynəlxalq vokal müsabiqəsinin qalibi Monqolustanı təmsil edən xanım ifaçı Mişel Cozef oldu.

Bütün dünya monqol qızı seçsə də müsabiqənin münsiflərindən biri olan, jüridə Azərbaycanı təmsil edən estrada müğənnisi Samirə Əfəndi erməni vokalist Saro Gevorqyana öz dəstəyini bildirib ən yüksək 12 balı verərək onu bağrına basıb öpdü… Saronun ifasına bir söz deyə bilmərəm. Onu musiqini dərindən bilənlər bilər. Yaxşı ifaçı ola bilər. Bəlkə də elədir. Samirə Əfəndinin də onun ifasını bəyənməsinə iradım yoxdur. Necə deyərlər, mahnı sərhəd tanımır. Amma fikrimcə Samirə Əfəndinin bu dərəcədə aşırı sevinci çox yersiz idi. Gərək Azərbaycanı təmsil etdiyini unutmazdı. Ermənistanla sülhə doğru getməyimiz o demək deyil ki, ən yaxın tariximizdə bizə qarşı bizim torpaqda silah tuşlayan bir ermənini ağuşuna sıxasan. Bütün erməni saytları Saro Gevorgyanın hərbi xidmətini qondarma “Artsax Respublikası”nda keçib.Yəni Qarabağımız işğal altında olanda torpaqlarımıza işğalçı olaraq ayaq basıb. İndi Samirə də belə ünsürə qucaq açır. Şəhid ruhlarından utandın. Utana bilirsə…

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki