Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş verən faciə ilə bağlı detallar məlum olub.
Referans Media xəbər verir ki, qurğunun trosunun qırılması zamanı həlak olanlardan biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur.
Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir./report
Həlak olan şəxsin fotosunu təqdim edirik:/Sfera.az/
