backend

Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Referans Media – nın məlumatına görə, hadisə Baku-Quba yolunun Yaşma bağları adlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata əsasən, yük avtomobili yolu keçən piyadanı (kişi) vurub. Nəticədə piyada (şəxsiyyəti dəqiqləşdirilir-red.) aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

 

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki