image-6966ac1e621d26966ac1e621d317683364146966ac1e621d06966ac1e621d1backend

Şuşaya gedən sürücülərə xəbərdarlıq edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə xəbərdarlıq edib.

Bu barədə Referans Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sürücülər alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki