ABŞ 60 ölkədən idxal edilən məhsullara 10-12% rüsum tətbiq etmək istəyir.
Referans Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Donald Tramp administrasiyası məcburi əməkdən istifadə edilərək istehsal olunan malların ticarətinə nəzarəti gücləndirmək fikrindədir. Buna görə də təxminən 60 ölkədən idxala əlavə 10% və ya 12,5% gömrük rüsumları tətbiq etməyi nəzərdən keçirir.
Məlumata görə, 10% tariflər Kanada, Ekvador, Avropa İttifaqı ölkələri, İndoneziya, Meksika, Pakistan, Argentina, Banqladeş, Kamboca, El Salvador, Qvatemala, Malayziya, Tayvan və Böyük Britaniya kimi ölkələrə şamil edilə bilər. Əlavə 12,5% rüsumun isə digər təxminən 45 ölkəyə tətbiq olunması mümkündür”, – deyə bildirilib.
