image-tramp-0112-900x600-1backend

Tramp İrana daha bir şans verdi

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadıldığını açıqlayıb və bununla da diplomatiyaya razılaşma əldə etmək üçün daha bir şans verib.

Referans Media  xəbər verir ki, bu barədə “Axios” yazır.

Mənbələr bildirib ki, qərarın səbəblərindən biri Amerika və Pakistan vasitəçilərinin İranın Ali Lideri Müctəba Xameneidən son təklifə cavab gözləməsidir.

İsrailli mənbə bildirib ki, Xameneinin çərşənbə günü cavab verəcəyi gözlənilir.

“Tramp iranlılara işlərini yoluna qoymaq üçün vaxt vermək məqsədilə atəşkəsi daha üç-beş gün uzatmağa hazırdır, lakin atəşkəs qeyri-müəyyən müddətə uzadılmayacaq”, – nəşr yazıb. /”Unikal”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki