image-cernobul4backend

Bu ölkədə qida məhsullarında Çernobıl izləri tapıldı

Çernobıl fəlakətinin izləri hələ də Yuxarı Avstriya torpağında qalmaqdadır.

“Unikal”Referans Media  xəbər verir ki, bu barədə “Krone Zeitung” qəzeti yazır.

1986-cı ilin aprel ayında Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan sonra radioaktiv yağıntılardan ən çox bu bölgə əziyyət çəkib. Mühlviertel, Mərkəzi və Salzkammergut bölgələrində güclü yağışlar baş verib. Orada torpaqda sezium izotop konsentrasiyası ən yüksək olaraq qalır. 2021-ci ilin aprelindən 2026-cı ilin aprelinə qədər 601 qida nümunəsi təhlil edilib. Bəzi meyvə, tərəvəz və xüsusilə göbələk nümunələrində sezium-137 aşkar edilib.

İzotop həmçinin dənli bitkilərdə və paxlalılarda da aşkar edilib.

“Çernobıldan 40 il sonra Avstriyada sezium ov heyvanlarında, süddə və tərəvəzlərdə tapıldı”, – deyə qəzet qeyd edib. /”Unikal”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki