Tovuzda 6 yaşlı uşağı tok vuraraq öldürüb.
Referans Media xəbər verir ki , hadisə rayonun Çatax kəndində qeydə alınıb. Kənd sakini 2020-ci il təvəllüdlü S.Quliyev yaşadığı evin həyətində oynayarkən elektrik cərəyanı vurub. 6 yaşlı uşaq hadisə yerində ölüb. Məlumata görə, S.Quliyev məktəbdən gəlib evin həyətində oynayarkən hadisə baş verib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./”Unikal”























