Trampdan İrana ŞOK TƏHDİD: Nəhəng parıltı görəcəksiniz!

Hörmüz Boğazı ətrafında gərginlik yenidən kəskinləşib. ABŞ və İran arasında atəşkəsin formal olaraq davam etdiyi iddia edilsə də, qarşılıqlı hücumlar bölgədə vəziyyəti kritik həddə çatdırıb.

Referans Media xəbər verir ki, Donald Tramp son çıxışında İranla bağlı sərt ifadələr işlədib. O, jurnalistlərin suallarına cavab verərək bildirib: “Bu gün bizimlə işləri oldu, biz də onları darmadağın etdik.”

ABŞ prezidenti daha sonra isə beynəlxalq mediada böyük rezonans doğuran təhdid səsləndirib: “Əgər atəşkəs olmazsa, İran üzərindən yüksələn nəhəng bir parıltı görəcəksiniz.”

Bu ifadə xarici media tərəfindən “örtülü hərbi təhdid” kimi qiymətləndirilib.

Məlumatlara görə, son günlər Hörmüz Boğazı bölgəsində ABŞ və İran qüvvələri arasında yenidən silahlı toqquşmalar yaşanıb.

ABŞ tərəfi İranın raket, dron və sürətli qayıqlarla hücum etdiyini, buna cavab olaraq isə İran ərazisində bəzi hərbi obyektlərin vurulduğunu açıqlayıb.

İran isə əksinə, ABŞ-ı ilk hücumu həyata keçirməkdə ittiham edərək əməliyyatlarını “cavab tədbiri” adlandırıb.

Ağ Ev rəsmiləri aprel ayında əldə olunan atəşkəsin texniki olaraq davam etdiyini bildirsə də, real vəziyyətdə tərəflər arasında gərginliyin azalmadığı qeyd olunur.

Ekspertlər bildirirlər ki, dünya neft ticarətinin böyük hissəsi məhz Hörmüz Boğazı üzərindən həyata keçirilir. Buna görə də bölgədə istənilən eskalasiya qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb ola bilər.

Qərb mətbuatı Trampın son açıqlamalarının bölgədə gərginliyi daha da artırdığını yazır. Analitiklər isə vəziyyətin nəzarətdən çıxma riskinin getdikcə artığını vurğulayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki