backend

Vyetnamda daşqınlarda ölənlərin sayı 91 nəfərə çatdı

Vyetnamda güclü yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayının 91-ə çatdığı bildirilir.

“Referans MEDİA” bildirir ki, Vyetnam mediasının məlumatına görə, bir həftədir ölkənin mərkəzi bölgələrini bürüyən güclü yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 91-ə çatıb.

Hakimiyyət orqanları ən çox zərər çəkən əyalət olan Dak Lak əyalətində 63 nəfərin öldüyünü və ölkə üzrə 11 nəfərin itkin düşdüyünü bildirib.

İlkin hesablamalara görə, daşqınların vurduğu ziyanın təxminən 500 milyon dollar olduğu təxmin edilir./Posta.com.tr/

Referans MEDİA
Xəqani Əzizl


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki