Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, bu mərhələdə şəhərə 18 ailə olmaqla ümumilikdə 68 nəfər köçürülüb.
Bildirilib ki, köçürülən ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlərdən ibarətdir.
Xankəndidə məskunlaşan sakinlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdış proqramı çərçivəsində davam etdirilir.
