Azərbaycan Konstitusiyasında bu söz dəyişdirilir

Azərbaycan Konstitusiyasında “Audiovizual” ifadəsi “Media və Yayım Şurası” ifadəsi ilə əvəz olunur.

Referans Media  xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əli Hüseynli deyib.

“Bu dəyişiklik Konstitusiya qanununda öz əksini tapır. Çünki Konstitusiya qanununa əsasən, normativ xarakterli aktların siyahısına həmin qurumun qərarları da daxildir.

Gündəliyin altıncı məsələsi üzrə isə “Media haqqında” Qanuna edilən dəyişikliklərlə əlaqədar olaraq, digər qanunvericilik aktlarında da uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi təklif olunur”, – deputat bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki