Xoreoqrafların təqaüdə çıxma yaşının aşağı salınması təklif edilib.
Referans Media xəbər verir ki, bu təkliflə deputat Hikmət Babaoğlu Milli Məclisin bugünkü iclasında çıxış edib.
"Bizim xoreoqrafların təqaüdə çıxma yaşı 65-dir. Rəqs etməyin nə qədər çətin olduğunu, rəqsin nə qədər cəldlik tələb etdiyini bilirik.
Onlar 40 yaşdan sonra bu xüsusiyyəti itirirlər və bu yaşdan sonra özlərinə yeni peşə seçməyə məcbur qalırlar. Ona görə də bu kateqoriya insanların əmək pensiyasına çıxma yaşının azaldılması məqsədə uyğun olardı" - deyə o vurğulayıb.
